Ermənistanın bu duruma düşməsinin əsas səbəbi... - Deputat
Bizi izləyin

Qarabağ

Ermənistanın bu duruma düşməsinin əsas səbəbi... - Deputat

“2020 Azərbaycan üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı və şanlı il kimi dünya tarixinə düşdü. 44 gün davam edən Vətən müharibəsindən sonra 30 illik torpaq həsrətinə son qoyuldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı erməni işğalçılarından tamamilə azad etdi. Əlbəttə ki, bu zəfərlər bölgədə yeni reallıqlar yaratdı. Yeni reallıqlar ondan ibarətdir ki, Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsi üçün qarşıda yeni-yeni imkanlar açıldı. Eyni zamanda Azərbaycan sadəcə erməni silahlı qüvvələrinə deyil, dünya erməni faşizminə və onun havadarlarına qalib gəldi”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, 2003-cü ildə İlham Əliyev Prezident seçiləndə daha güclü Azərbaycan dövləti qurmağı qarşısına məqsəd qoymuşdu:

“Dövlət başçısı artıq bu hədəfin böyük bir mərhələsini həyata keçirdi. Ali Baş Komandanın uzaqgörən diplomatik siyasəti nəticəsində həm diplomatik, həm də informasiya müstəvisində Azərbaycan qələbə qazandı. Bu, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.

Bunun fonunda biz məğlub Ermənistanı da görürük. Sirr deyil ki, Ermənistan çox acınacaqlı vəziyyətdədir. Ölkədə həm siyasi, həm iqtisadi, həm də sosial böhran hökm sürür. Bu böhranlar günbəgün daha da dərinləşir və ölkədə artıq xaotik vəziyyət yaranıb, Ermənistanda anarxiya hökm sürür. 30 ildir ki, davam edən işğalçılıq siyasəti Ermənistanın bugünkü vəziyyətinə gətirib çıxaran başlıca amillərdir. Bu illər ərzində Ermənistan işğalçılıq və separatçılıq siyasəti həyata keçirməklə bölgədə bütün layihələrdən kənarda qaldı. Bunun da səbəbkarı əlbəttə ki, Azərbaycan oldu. Azərbaycanın imzası olmadan bölgədə heç bir layihənin reallaşması mümkün deyil. Azərbaycan düzgün apardığı strategiya nəticəsində Ermənistanı dalan ölkəyə çevirdi. Odur ki, günahlarını ilk növbədə özündə axtarmalıdır. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi onun rəhbərlərinin apardığı məkrli siyasət oldu”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm