Bülbüloğlu rus jurnalistin Qarabağla bağlı səhvini belə düzəltdi
Bizi izləyin

Qarabağ

Bülbüloğlu rus jurnalistin Qarabağla bağlı səhvini belə düzəltdi

“Sülhməramlı” adının 30 ilə yaxın silahlı münaqişələrə səhnə olan bölgəyə yerləşdirilən qoşunlara bəzi öhdəliklər yüklədiyini düşünürəm.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Sputnik”ə müsahibəsində deyib.

O bildirib ki, rus sülhməramlıların vəzifəsi sülhü və sabitliyi təmin etməkdir. Bundan başqa, humanitar məsələlər və əsirlərin dəyişdirilməsi prosesində də iştirak edir.

Onun sözlərinə görə, Qarabağda, ümumilikdə, atəşkəsə riayət olunsa da, intiqam alovu ilə yanan bəzi qruplar sabitliyi pozur. Lakin Azərbaycan Ordusunun əzmkarlığı və nəzarəti altında sülhməramlıların aktiv iştirakı ilə bu qruplar zərərsizləşdirilir.

P.Bülbüloğlu vurğulayıb ki, bölgədə yeni fürsətlər pəncərəsi açılıb və təqdim edilən iqtisadi, nəqliyyat imkanlarının alternativi yoxdur.

Jurnalistin “10 noyabr razılaşmasına əsasən, Azərbaycanın nəzarətinə keçən torpaqlarda infrastruktur işləri necə gedir” sualına səfir müdaxilə edib: “Buna “nəzarətinə keçən” yox, “nəzarətinə qayıdan” deməliyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm