Mina partlayışları zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb - STATİSTİKA
Bizi izləyin

Qarabağ

Mina partlayışları zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb - STATİSTİKA

2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina partlayışı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata görə, mina partlayışları nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub.

Ötən ilin 27 sentyabr tarixindən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlər nəticəsində 93 nəfər həlak olub, 410 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm