SON DƏQİQƏ: Əsgərlərimiz Gorusa girdi, yanvarın 5-dək... - - VİDEO
Bizi izləyin

Qarabağ

SON DƏQİQƏ: Əsgərlərimiz Gorusa girdi, yanvarın 5-dək... - - VİDEO

Artıq Azərbaycan əsgəri Şurnux kəndində bir post yaratdı.

Publika.az xəbər verir ki, bunu Sünik rayonunun Şurnux kəndinin bələdiyyə başçısı Hakob Arşakyan deyib.

O bildirib ki, Azərbaycan Ordusunun hərbçiləri yanvarın 5-ə qədər kənddəki ermənilərə vaxt verdi: "Bundan sonra bir nəfər də bu ərazilərdə qalmamalı, heyvanlarımız belə qarşı tərəfə keçməməlidir. Çunki artıq bu ərazilər onlarındır".

Qeyd edək ki, ərazilərimiz işğal altında saxlanıldığı zaman ermənilər sərhədi qabağa çəkib və burda həm məskunlaşıb, həm də torpağımızı istismar ediblər. Azərbaycan Ordusunun hərbçiləri rusiyalı sülhməramlılarla birgə Zəngəzur bölgəsinin Şurnux kəndinə daxil olublar. Ermənistan tərəfinə kənddəki 12 evin Azərbaycan ərazisinə düşdüyü qeyd edilib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm