Qarabağ
Anadolu agentliyi Dilqəm və Şahbazın zindan həyatından yazdı
Türkiyənin Anadolu agentliyi 2014-cü ilin iyulundan qanunsuz olaraq erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məşəqqətli zindan həyatı ilə bağlı məlumat yayıb.
Türk və ingilis dillərində yayılan məlumatlarda bildirilir ki, dədə-baba yurdlarını ziyarət etmək üçün doğma torpaqlarına gedən Şahbaz Quliyev və Dilqəm Əsgərov işğalçı ermənilər tərəfindən tutularaq altı il amansız işgəncələr altında əsir saxlanılıblar. Onların digər yoldaşları Həsən Həsənov isə erməni silahlıları tərəfindən qətlə yetirilib.
Bu acı həqiqətləri 44 günlük Vətən savaşından sonra biabırçı məğlubiyyətə düçar olan Ermənistanın girovluqdan azad etməyə məcbur qaldığı Şahbaz Quliyev və Dilqəm Əsgərov özləri Anadolunun müxbirinə danışıblar.
Anadolu agentliyinin məlumatında qeyd olunur ki, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov əsirlik həyatında nə qədər ağır və məşəqqətli günlər yaşasalar da, torpaqlarımızın işğaldan azad olunmasına və ailələrinə qovuşduqlarına görə sevinclidirlər. Lakin onlar həbsxanadakı amansız işgəncələri və yol yoldaşları Həsən Həsənovu unutmurlar.
Girovluq həyatında erməni vəhşiliyinin bir daha şahidi olan soydaşlarımız bildiriblər ki, onlara qarşı amansız davranılıb, işgəncəyə məruz qalıblar - sümüklərini qırıb, bədənlərinə elektrik cərəyanı qoşublar.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI