Hərbçimiz necə əsir düşməsindən və başına gələnlərdən danışdı: 10 gün bizi...
Bizi izləyin

Qarabağ

Hərbçimiz necə əsir düşməsindən və başına gələnlərdən danışdı: 10 gün bizi...

Əsgərlərimizə yemək verib geri qayıdarkən əsir düşmüşəm.

Publika.az xəbər verir ki, bunu erməni əsirliyindən qayıdan Azərbaycan hərbçisi Nahid Həmidov deyib.

O bildirib ki, yol axtararkən əsir götürülüb: "10 noyabrda taborumuza yemək aparırdım. Yeməyi verib qayıdanda düşmənin atıb qaçdığı texnikanı gördüm. Hərbi qəniməti götürüb geri qayıdarkən yolu azdım. Bir də baxdım ki, 8-10 nəfər erməni məni mühasirəyə aldı. Məni əsir götürərək naməlum yerə apardılar. 10 gün pəncərəsiz yerdə saxladılar. Sonra Yerevana apardılar. Orada bizə dəhşətli fiziki və psixoloji işgəncələr verirdilər. Dekabrın 14-də gözlərimizi bağlayıb təyyarəyə mindirdilər. Bir də baxdıq ki, Bakıdayıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm