Azərbaycan-Ermənistan qoşunları üz-üzə - Şurnuxuda SON VƏZİYYƏT
Bizi izləyin

Qarabağ

Azərbaycan-Ermənistan qoşunları üz-üzə - Şurnuxuda SON VƏZİYYƏT

Azərbaycan və Ermənistan Sərhəd Qoşunlarının nümayəndələri Rusiya sülhməramlılarının iştirakı ilə hazırda Sünik rayonunun Şurnuxu kəndində iki ölkənin sərhəd zastavalarının harada yerləşdirilməsi barədə danışıqlar aparır.

Publika.az xəbər verir ki, bunu kəndin bələdiyyə sədri Akop Arşakyan “Sputnik Ermənistan”a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda iki ölkənin qoşunlarının hara yerləşdiriləcəyi ilə bağlı məsələ müzakirə olunur. Neytral zonanın olub-olmaması hələ məlum deyil.

A.Arşakyan Azərbaycanın yaxın vaxtlarda kəndin qalan hissəsini tələb edəcəyini istisna etmir.

Qeyd edək ki, 18 dekabrda xalqa müraciəti zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Sünikdəki vəziyyəti şərh edərək Qarabağ müharibəsindən sonra respublikanın beynəlxalq səviyyədə tanınmış sərhədlərə geri qayıtdığını qeyd etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm