Əgər onlar bu medal və ordenlərə layiqdirsə, gec-tez... - POLKOVNİK
Bizi izləyin

Qarabağ

Əgər onlar bu medal və ordenlərə layiqdirsə, gec-tez... - POLKOVNİK

Orden və medallar müəyyən əsgər və hərbiçilərin müharibədə göstərdiyi xüsusi xidmətinə görə verilən fərqlənmə nişanlarıdır. Hər bir orden və medalın özünün statusu var. Hazırda medalların verilmə mexanizmi davam edir.

Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib. Polkovnik son günlər müharibə veteranlarının veteran adı, orden, medallar və s. ilə bağlı ilə yaranmış narazılığına aydınlıq gətirib.

İndiyədək 90 minə yaxın döyüşçünün müxtəlif medallarla təltif olunduğunu deyən Ş.Ramaldanov qeyd edib ki, heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmaycaq:

“Bəziləri elə bilir ki, döyüşdə iştirak edən hər kəsə mütləq medal verilməlidir. Təltif olunmazdan əvvəl ən aşağı qurumun komandirindən lazım olan məlumatlar hərbi qərargahda toplanılır. Bu məlumatlara hərbi hissə qərargahında təltif komisiyyası tərəfindən baxılır və qərar qəbul edilərək yuxarı təşkilatın təltif komisiyyasına göndərilir. Son mərhələyə Müdafiə Nazirliyinin təltif komissiyası cəlb olunur və son qərar orada qəbul edilir.

Əslində ilk növbədə döyüşlərdə fərqlənən, xüsusi igidlik və qəhrəmanlıq göstərən əsgərlər təlif olunur. Toplanan məlumatlara əsasən də fərqlənən şəxsin statusuna uyğun medal və ordenlər siyahısı hazırlanır. Bəzi medallar da var ki, onlar hər kəsə verilir. Məsələn, "Vətən müharibəsinin iştirakçısı medalı"nı döyüşdə iştirak edən hər kəs alır.

Az sayda əsgər və hərbiçilərin hansısa tələblər irəli sürdüyünü eşitmişəm. Bu, daha çox medalların verilmə mexanizminin verilmə qaydasını bilməmələrindən irəli gəlir. Bütün bunlar təbii haldır. Yaxud da ola bilsin ki, digər ad və təltiflər gələn siyahıda təqdim olunsun. Lakin bilməlidilər ki, əsgərlərin məlumatların toplanması mərhələsi davam edir, bu birdəfəlik olan proses deyil. Əgər onlar bu medal və ordenlərə layiqdirsə, gec-tez öz layiqli nişanlarını alacaqlar”.

Polkovnik yekunda əlavə edib ki, narazılığı olan əsgərlərlə artıq danışıqlar aparılıb və bütün lazımi məlumatlar toplanılıb, məsələ ilə bağlı araşdırmalar davam edir, onlara bununla bağlı cavablar verilir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm