Paşinyan sərhədləri açır: Ankaraya heyət göndərilib?
Bizi izləyin

Qarabağ

Paşinyan sərhədləri açır: Ankaraya heyət göndərilib?

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyanın Türkiyə ilə sərhədləri açmağa hazırlaşdığını iddia edib.

Publika.az Ermənistan KİV-nə istinadla bildirir ki, keçmiş səfirin iddialarına görə, Paşinyan öz təmsilçilərini Ankaraya gizli danışıqlarda iştirak etmək üçün göndərib: “Hazırda Paşinyanın təmsilçiləri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələr qurulması müqabilində imzalanması lazım olan sənədlər paketini müzakirə edirlər. Hətta paketdə Ermənistanın antitürk xarici siyasət yürütməmək öhdəliyi yer alır”.

Mikael Minasyan onu da əlavə edib ki, razılaşma sənədlərinin bəndləri arasında "Erməni soyqırımı"nın tanınmasına yönəlmiş diaspora hərəkətlərindən tamamilə uzaqlaşmaq amili də yer alıb: “Bundan başqa, razılaşma şərtlərinə ərazi iddialarının olmaması barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək daxildir. Güzəştlər paketində "erməni məsələsi"ni araşdırmaq üçün tarixçilərdən ibarət bir komissiyanın yaradılması da nəzərdə tutulub".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm