Fransada yaşayan soydaşlarımızdan ermənilərə BÖYÜK ZƏRBƏ
Bizi izləyin

Qarabağ

Fransada yaşayan soydaşlarımızdan ermənilərə BÖYÜK ZƏRBƏ

Vətən müharibəsinin informasiya əsgərləri sırasında xaricdə yaşayan həmvətənlərimiz də oldu. Xüsusən də Fransa kimi ermənipərəst ölkədə soydaşlarımız bu mübarizəyə yorulmadan davam etdilər.

Bu mənada Fransa azərbaycanlılarının Koordinasiya Şurasının işçi qrupunun fəaliyyətinə xüsusi toxunmaq lazımdır.

Publika.az xəbər verir ki, Koordinasiya Şurası 2018-ci ildə Fransada fəaliyyət başlayıb. Şuranın hüquqi təsdiqi olmadığı üçün işçi qrupuna daxil olan bir sıra assosiasiyanın üzvü olan həmvətənlərimiz birgə fəaliyyət göstərərək, Fransa ictimaiyyəti və hakimiyyətin qarşısında Azərbaycan həqiqətlərini təbliğ edib. Fransa prezidenti, Parlamentin deputatları, Fransa Senatının prezidenti, dini qurumlar, eləcə də digər dövlət rəsmilərinə məktublar ünvanlayıblar. Azərbaycana qarşı baş verən haqsızlıqlara açıq etirazlarını bildiriblər.

Koordinasiya Şurasının işçi qrupunun təbliğat fəaliyyəti böyük çətinliklərlə üz-üzə qalıb. Hətta Reza Deqati kimi dünya şöhrətli fotoqrafa belə Azərbaycan həqiqətlərini işıqlandırmaq üçün heç bir fransız media orqanı dəstək olmadığı dövrdə qurumun vəziyyəti daha da qəlizləşib. Buna baxmayaraq, bir sıra Fransa kanallarında erməni lobbisinin üzvləri ilə canlı debatlara qoşularaq erməni işğalçılığını ifşa etməyə nail olublar.

Fransa onilliklər boyu erməni yalanları ilə bəsləniblər. Elə bu ölkənin ən çox sevilən ermənisi Şarl Aznavur bütün konsertlərində qondarma erməni soyqırımı haqda məlumat verməyi, saxta tarixlərini izləyicilərinin diddətinə çatdırmağı özünə borc bilirdi. Xalq Aznavurun dilindən erməniləri məzlum xalq kimi tanıyıb. Odur ki, erməni lobbisi azərbacanlı ziyalıların mediaya çıxışına hər yolla əngəl olmağa çalışıblar. Çünki fransızlar həqiqəti öyrənsələr, ermənilərin qüsursuz yazıq imicləri də məhv ola bilərdi.

Elə Fransadakı Səfirimiz Rəhman Mustafayevin "Le Figaro" qəzetinə 7 dəfə yolladığı məqaləsinin çap olunmaması faktı buna bariz nümunədir. Koordinasiya Şurasının işçi qrupunun əsas mübarizəsi də bu problemlərin aradan qaldırılması ilə bağlı olub. İşçi qrupunun üzvləri etiraf edirlər ki, apardıqları təbliğatdan sonra bir çox fransız bu günədək Qarabağ haqda bilgiyə sahib olmadıqlarını, erməni yalanlarının qurbanına çevrildiklərini bildiriblər. Həmçinin Fransanın özünün imzaladığı BMT-nin 4 qətnaməsini indi tanınmasının siyasi yanlış olduğunu da vurğulayıblar. Fransada baş tutan informasiya müharibəsində Azərbaycanla ermənilərin "döyüş silahı" eyni gücdə olmasa da həmvətənlərimizin təbliğatı son günədək davam edib.

Nəzərə alsaq ki, erməni daşnaklarının ən "parlaq" üzvləri Fransada məskunlaşıblar, qurumun işi daha da çətinləşir. Odur ki, illər boyu təşkil etdikləri konsert proqramları sərgilər və sair tədbirlər sayəsində Azərbaycanın təbliğatına geniş yer ayırıblar.

Müharibə bitsə də qurumun təbliğat fəaliyyəti daha da güclənib. Hazırda Fransa Prezidenti Emmanuel Makrona etiraz dolu məktub göndərən həmvətənlərimiz onunla görüşmək tələbi irəli sürüblər.

Bundan əlavə Koordinasiya Şurasının işçi qrupu Fransa ictimaiyyətini maarifləndirmək məqsədilə silsilə videoçarxlar hazırlayırlar.

Fransa Azərbaycanlıları kordinasiyasiya Şurasının işçi qrupunun üzvlərindən əldə etdiyimiz məlumata görə, həmvətənlərimizin əksəriyyəti təbliğat yolunda əlindən gələni əsirgəməsələr də, bir sıra soydaşlarımız fransız əhatəsi ilə münasibəti qəlizləşdirməmək məqsədilə susqunluğu seçib. Ümid edək ki, Fransa kimi ermənipərəst ölkədə haqq səsimizi ucaldan azərbaycanlıların saylı durmadan artacaq. Çünki Vətən müharibəsi dünyanın bütün nöqtələrində məskunlaşmış soydaşlarımızı dəmir yumruq kimi birləşdirdi.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm