SON DƏQİQƏ: Putindən Qarabağ açıqlaması
Bizi izləyin

Qarabağ

SON DƏQİQƏ: Putindən Qarabağ açıqlaması

Qarabağla bağlı üçtərəfli razılaşma qətiyyətli şəkildə tətbiq olunur.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə Kremldəki görüşdə deyib.

V.Putin liderləri Moskvada salamlamaqdan məmnun olduğunu dilə gətirib: “9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmamızın gedişatını, mövcud problemlərin həllini və bölgədə sülhün təsis edilməsini birlikdə müzakirə etmək üçün verdiyimiz təklifə müsbət yanaşdığınız üçün sizə minnətdaram. Rusiyanın axan qanı dayandırmaq, vəziyyətə sabitlik gətirmək və davamlı atəşkəsi təmin etmək üçün ortaya qoyduğu aktiv vasitəçilik təşəbbüslərinə müsbət yanaşdığınız üçün də təşəkkür edirəm”.

Rusiya prezidenti bölgədə vəziyyətin stabil olduğuna və hazırda 48 min insanın evlərinə geri qayıtmasına diqqət çəkib: “Bu gün məmnuniyətlə bildirə bilərik ki, Qarabağla bağlı üçtərəfli razılaşma qətiyyətli şəkildə tətbiq olunur. Bizə görə bu durum Qarabağda illərdir davam edən münaqişənin uzunmüddətli şəkildə və tamamilə başa çatması üçün lazımi şəraiti yaradır”.

“Silahlı qarşıdurmanın başlanmasını xalqların taleyi üçün narahatlıq və qayğı ilə izlədik. Genişmiqyaslı döyüş əməliyyatları, təəssüf ki, insan tələfatına səbəb oldu. Zaqafqaziyada, onsuz da, çətin vəziyyəti və terrorizmin yayılma risklərini daha da artırdı”, - V.Putin qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm