Ermənistanın itkiləri artır - Qarabağda "erməni əsgər" öldü
Bizi izləyin

Qarabağ

Ermənistanın itkiləri artır - Qarabağda "erməni əsgər" öldü

Dağlıq Qarabağda döyüş zonasından daha 7 erməni əsgərinin cəsədinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, axtarışlar Cəbrayıl, Füzuli və Sünik bölgəsi ilə Dağlıq Qarabağ arasındakı zonada aparılıb.

Bu gün axtarış işləri Talış-Ağdərə, Ağoğlan, Talış- Suqovuşan və Daşaltıda davam edəcək.

Ümumilikdə, 13 noyabr - 13 yanvar tarixlərində Qarabağdan 1229 erməni hərbi qulluqçusunun cəsədi çıxarılıb.

Bundan əvvəl Ermənistan Səhiyyə Nazirliyi müharibənin başlanğıcından bu günə qədər məhkəmə tibbi ekspertiza xidmətinin işçilərinin 3360 hərbçinin cəsədini və ya qalığını araşdırdıqlarını bildirmişdi. 2500-dən çox genetik araşdırma da aparılıb.

Bu arada, Qarabağda 18 yaşlı "erməni əsgər" Radik Edqaroviç Tatosyan ölüb. İlkin məlumatlara görə, onun ölümünə səbəb ürək çatışmazlığıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm