Nəşi tapılan şəhid dəfn edildi - FOTO
Bizi izləyin

Qarabağ

Nəşi tapılan şəhid dəfn edildi - FOTO

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

O, doğulduğu rayonun Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm