Prezidentin Şuşa səfəri insanlara ruh yüksəkliyi bəxş etdi – Deputat
Bizi izləyin

Qarabağ

Prezidentin Şuşa səfəri insanlara ruh yüksəkliyi bəxş etdi – Deputat

“Ölkə başçısının Şuşaya gedişi çox yüksək səfərdir. Mən bu səfəri iyulda gözləyirdim. Bu barədə qəzetdə də yazmışdım. Çünki Vaqif Poeziya Günləri 1982-ci ilin iyulunda olmuşdu. Ölkə rəhbərinin Şuşaya gedişinə çox sevindim”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Aqil Abbas ölkə başçısının Şuşaya və Füzuliyə səfərlərini şərh edərkən deyib. O bildirib ki, Prezident Füzulidə beynəlxalq standartlara cavab verəcək aeroportun özülünü qoydu:

“Əgər həmin aeroportun özülünü möhtərəm Prezident qoyubsa, deməli tezliklə tikilib istifadəyə veriləcək. Eyni zamanda, Füzuliyə də, Şuşaya da yeni inşa olunan yolla getdi. Prezidentimiz güllələnmiş abidələrimizi Şuşaya qaytardı. Orada bayrağımızı yüksəltdi. Cıdır düzündə, Vaqifin məqbərəsində oldu. Bülbülün ev muzeyini ziyarət etdi. Üzeyir bəyin evi demək olar ki, təmiz dağılıb”.

Aqil Abbasın fikrincə, ölkə rəhbərinin Şuşaya səfəri insanlarımıza böyük ruh yüksəkliyi verdi:

“Abidələrimiz, tarixi binalarımız bərpa olunacaq. Bununla bağlı ölkə rəhbəri yeni mədəniyyət nazirinə də göstərişlər vermişdi. Orada monitorinqlər aparılır. ISESCO da gəldi, Şuşanı ziyarət etdilər. Bir sözlə, bütün bunlar bizi çox sevindirir. Şuşa Qarabağın əzəli və əbədi paytaxtıdır. Həm də möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Əslində təkcə Azərbaycanın yox, bütün türk dünyasının mədəniyyət paytaxtı olacaq, necə ki əvvəl olub, indi də olacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm