Rusiyanı maraqlandıran Qarabağ deyil, Azərbaycanla... - Ekspertdən SENSASİON AÇIQLAMA
Bizi izləyin

Qarabağ

Rusiyanı maraqlandıran Qarabağ deyil, Azərbaycanla... - Ekspertdən SENSASİON AÇIQLAMA

Rusiya üçün Qarabağ kontekstində əsas vəzifə ərazi konfiqurasiyasını deyil, Ermənistan və Azərbaycanla yaxşı münasibətləri qorumaqdır.

Publika.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vasili Kaşin bildirib.

“Rusiya üçün ərazi konfiqurasiyası prioritet deyil. Bu, yalnız Ermənistan və Azərbaycanı maraqlandırır. Rusiyaya bölgədə müharibənin olmaması və iqtisadi layihələrin həyata keçirilməsinin mümkünlüyü, habelə Ermənistan və Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə alması lazımdır”, - ekspert qeyd edib.

Kaşinin sözlərinə görə, Qarabağdakı müharibə Rusiyanın maraqlarına təhlükə yaratdı. Ancaq bu, artıq baş verdiyindən və sərhədlərdə dəyişikliklərə səbəb olduğundan, yeni vəzifə dünyanın yeni qaydaları barədə razılığa gəlmək və gələcəkdəki müharibələrin qarşısını almaq oldu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm