Tanınmış fotoqrafdan fransızlara "QARABAĞ DƏRSİ" - VİDEO
Bizi izləyin

Qarabağ

Tanınmış fotoqrafdan fransızlara "QARABAĞ DƏRSİ" - VİDEO

Fransanın məşhur "TV5MONDE" telekanalına qonaq qismində dəvət alan dünya şöhrətli fotojurnalist Reza Deqati Qarabağ müharibəsi ilə bağlı bir sıra faktlara toxunub.

Publika.az xəbər verir ki, çıxışında Şuşa şəhərinin qədim tarixindən, Azərbaycanın mədəniyyət beşiyi olduğundan danışan Deqati, bu qədim torpaqlarda doğulan musiqiçilərdən, şair və xanəndələrdən də bəhs edib.

O, həmçinin hər iki Qarabağ müharibəsində fotoqraf kimi iştirakından, 30 il ərzində şahidi olduğu erməni vəhşiliyindən danışıb. Fransız jurnalistlərin yalnız erməni tərəfindən çıxış etdiyini, Azərbaycanda törədilən faciələri niyə görməzdən gəldiyini anlamadığını vurğulayıb.

Azərbaycanda hökm sürən tolerant və multikulturallıqdan bəhs edən fotoqraf ölkəmizin müasir düşüncədə, demokratiya anlayışında heç də Avropadan geri qalmadığını bilidirib.

Eləcə də erməni işğalçılarının atdıqları bombalara qurban gedən mülki şəxslər, uşaqlar barədə məlumat verib.

Veriliş boyu tanınmış fotojurnalistin lentə aldığı kadrlar nümayiş olunub.

O, həmçinin bütün fəaliyyəti boyu iştirak etdiyi müharibələrdə haqlı tərəfin hüquqlarını qorumağa çalışdığını, məhz bu səbəbdən Azərbaycanın yanında olduğunu qeyd edib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm