Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA
Bizi izləyin

Qarabağ

Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzərində işlərini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bugünədək aparılan əməliyyatlar zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri, təxminən, 551 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib.

Keçmiş Ağdərə rayonunun minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlıların müasir "Uran-6" robot sistemlərindən və mina aşkarlama xidmətinin itlərindən istifadə etdikləri qeyd olunur.

"23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 205,3 km yol, 25 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 783 yaşayış binasını 23,7 mindən çox partlamamış hərbi sursatlardan təmizləyib", - açıqlamada bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm