Rusiyanın təyyarəsi Gəncəyə uçdu: Ağdama getmək üçün...
Bizi izləyin

Qarabağ

Rusiyanın təyyarəsi Gəncəyə uçdu: Ağdama getmək üçün...

Rusiya Fövqəladə Hallar Nazirliyinin ikinci qrup mühəndis-istehkamçıları Ağdam bölgəsinə göndərilib.

Publika.az xəbər verir ki, rusiyalı istehkamçılar sülhməramlı missiya çərçivəsində Ağdamı minalardan təmizləyəcəklər.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, yanvarın 18-də göyərtəsində pirotexniki vasitələr olan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Gəncə şəhərinə uçub. Bölmənin ikinci istehkamçı qrupuna “Lider mərkəzi” və “Noginsk” xilasetmə mərkəzinin mütəxəssislərinin daxil olduğu qeyd edilir.

Həmçinin, MV-4 nəqliyyat vasitəsinə əsaslanan mobil robot kompleksi və ağır yüklərin təhlükəsiz daşınması üçün dizayn edilmiş çoxsaylı nəqliyyat vasitəsi Azərbaycana gətiriləcək.

Qeyd edək ki, daha əvvəl 20 mütəxəssis Ağdam bölgəsinə göndərilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm