• USD 1,7000 0,00% EUR 2,0547 +0,52%
    • GBP 2,3736 +0,55% RUB 0,0230 +0,43%

Lavrov Paşinyanın yalanını İFŞA ETDİ: Azərbaycan 62 erməni hərbçini...

  • Qarabağ
  • 18 Yanvar 2021 14:42
  • 5 268 Baxış
Lavrov Paşinyanın yalanını İFŞA ETDİ: Azərbaycan 62 erməni hərbçini...

Hərbi əsirlər məsələsi 9 noyabrda imzalanan bəyanatın bir hissəsidir və bu məsələ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqlarında, həmçinin mənim Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə söhbətlərimizdə müzakirə olunub.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hərbi əsir məsələsi Azərbaycan və Ermənistan liderlərinin Moskva səfərində uzun müzakirənin bir hissəsi olub.

Lavrov bildirib ki, itkin və əsirlər məsələsində tərəflərə siyahı hazırlanması tapşırılıb. Azərbaycan tamamlanmış siyahı təqdim edib və problemi həll olunub. Ermənistan tərəfindən isə siyahı dərhal təqdim edilməyib və natamam olub. Ağoğlan qəsəbəsi istiqamətində Azərbaycan Ordusu tərəfindən erməni hərbçilərin əsir götürülməsi məsələsi ortaya çıxandan sonra durum qəlizləşib. Azərbaycan tərəfi 62-dən çox hərbçinin atəşkəs elanından sonra əraziyə göndərildiyini açıqlayıb.

Nazir qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov azərbaycanlı və erməni həmkarları ilə əlaqələr qurmağa davam edir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 11 yanvar görüşündən sonrakı açıqlamasında hərbi əsir məsələsinin həll olunmamış qaldığını demişdi.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR