• USD 1,7000 0,00% EUR 2,0440 -0,45%
    • GBP 2,3606 -0,61% RUB 0,0229 0,00%

2,3 mindən çox zəng qəbul edildi - Qarabağda itkin düşənlər...

2,3 mindən çox zəng qəbul edildi - Qarabağda itkin düşənlər...

Dağlıq Qarabağda itkin düşmüş hərbçilərlə bağlı təşkil olunan "qaynar xətt"ə 2,3 mindən çox zəng daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün müraciətlər qeyd olunur, məlumat bazasına daxil edilir və birgə axtarış qruplarına ötürülür.

Qeyd edək ki, axtarışlar Rusiya sülhməramlı kontingenti tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birlikdə həyata keçirilir.

Xatırladaq ki, Ermənistan hakimiyyəti dövlət sirri olduğunu bildirərək itkin düşənlərin sayını açıqlamaqdan imtina edir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR