Paşinyandan ŞOK ŞUŞA etirafı: müharibədən əvvəl...
Bizi izləyin

Qarabağ

Paşinyandan ŞOK ŞUŞA etirafı: müharibədən əvvəl...

Müharibəyə qədər Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Danışıqlar prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını təmin etməyən bir variant (məskunlaşma) yox idi. Və Şuşadakı azərbaycanlılar münaqişədən əvvəl (şəhər 1992-ci ildə erməni qüvvələri tərəfindən işğal edilib - red.) 90 faizi keçmişdi. Azərbaycan əhalisinin 90 faizdən çoxunun yaşadığı Şuşa şəhərinin erməni statusunda olduğunu demək istəyirsiniz?”- Paşinyan müxalifətçi millət vəkili Naira Zohrabyanın məsələ ilə bağlı sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunması ilə barışa bilməyən Ermənistanın xarici işlər naziri Ara Ayvazyan “Şuşa erməni mədəniyyət paytaxtıdır. Biz Şuşanın türk mədəni mərkəzi olması ilə razı deyilik” sözlərini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm