Qarabağdan ermənilərin minlərlə cəsədi çıxarıldı
Bizi izləyin

Qarabağ

Qarabağdan ermənilərin minlərlə cəsədi çıxarıldı

Dağlıq Qarabağda aparılan son döyüş əməliyyatları ərazisində daha 5 erməni hərbçinin cəsədinin qalıqları aşkarlanıb.

Publika.az xəbər verir ki, qalıqlar Suqovuşan, Ağoğlan, Cəbrayıl və Füzuli istiqamətlərində tapılıb.

Tanınmaz halda olan hərbçilərin şəxsiyyətini müəyyənləşdirmək üçün DNT analizi tələb olunur.

Axtarış işləri bu gün Suqovuşan, Füzuli və Laçında davam etdiriləcək.

Ümumilikdə, 13 noyabrdan bu günə qədər 1256 nəfərin cəsədi və qalıqları tapılıb.

Bundan əvvəl səhiyyə naziri Anaxit Avanesyan Dağlıq Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbçinin qalıqlarının tibbi ekspertizada araşdırıldığını bildirmişdi. Onun sözlərinə görə, gündə 30 nəfərin qalıqları analiz olunur. Səhiyyə Nazirliyi prosesi sürətləndirməyə kömək edən yeni avadanlıq almaq məcburiyyətində qalıb.

20 yanvarda Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayının 4 mindən çox olmadığını bildirmişdi. Bu günə qədər döyüş bölgəsindən, ümumilikdə, 3439 cəsəd çıxarılıb, onlardan 766-nın şəxsiyyəti hələ müəyyən edilməyib. DNT analizi aparılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm