Qarabağda 1283 erməni əsgərinin cəsədi tapıldı
Bizi izləyin

Qarabağ

Qarabağda 1283 erməni əsgərinin cəsədi tapıldı

Dağlıq Qarabağda gedən son döyüşlərin ərazisində erməni hərbi qulluqçularının cəsədlərinin axtarışı davam edir.

Publika.az xəbər verir ki, 24 yanvar tarixində aparılan axtarış-xilasetmə işləri zamanı biri Füzuli, digəri Ağoğlan qəsəbəsinin Tumi kəndində olmaqla, 2 cəsəd tapılıb.

Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Xilasetmə qrupları 13 noyabr 2020-ci il tarixindən 2021-ci il yanvarın 24-dək, ümumilikdə, 1283 cəsəd aşkarlayıb.

Axtarışlar bu gün Füzuli, Cəbrayıl bölgələrində, Ağoğlan qəsəbəsində, eləcə də Suqovuşan istiqamətində aparılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm