Azərbaycan o şəxslərin nəşini Ermənistana təhvil verdi
Bizi izləyin

Qarabağ

Azərbaycan o şəxslərin nəşini Ermənistana təhvil verdi

Qarabağ münaqişəsi zonasında aparılan axtarış tədbirləri zamanı daha 4 erməni hərbçinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, yanvarın 25-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində Suqovuşan ərazisindəki postlardan birində 1 hərbçinin qalıqları aşkarlanıb.

Onun cəsədi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib. Hərbçinin 1993-cü il təvəllüdlü ehtiyatda olan Aşot Levonoviç Xaçatryan olduğu ortaya çıxıb.

Daha üç əsgərin - döyüş əməliyyatları iştirakçılarının cəsədləri Cəbrayıl ərazisində tapılıb. Onların şəxsiyyətlərini müəyyən etmək üçün məhkəmə ekspertizası təyin edilib.

Axtarış işləri bu gün Ağoğlan qəsəbəsi istiqamətində davam edəcək.

13 noyabr 2020-ci ildən bəri Qarabağ münaqişəsi zonasında 1287 nəfərin cəsədi və qalıqları tapılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm