• USD 1,7000 0,00% EUR 2,0327 0,00%
    • GBP 2,3622 0,00% RUB 0,0228 0,00%

Türklərin bölgəyə gəlişi vəziyyəti asanlaşdıracaq - Politoloq

Türklərin bölgəyə gəlişi vəziyyəti asanlaşdıracaq - Politoloq

“Türk hərbçilərinin bölgəyə gəlişi və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işə düşməsi çox şeyi dəyişəcək və atəşkəs rejimini təmin etmək üçün lazımi zəmanətləri yaradacaq”.

Bu sözləri Publika.az-a danışan politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, türk hərbçiləri Qarabağa gəlməklə indiyədək pozulmuş müəyyən balanslar sistemini bərpa edəcəklər: “Bunun nəticəsində tədricən də olsa, sabitlik yaranacaq və ermənilərin özbaşınalıqlarına son qoyulacaq. Həmçinin bölgədə qalan erməni hərbi qüvvələrinin çıxarılması üçün də şərait yaranacaq. Hazırda ruslar bəzi məsələlərdə gizli və ya açıq formada ermənipərəstlik nümayiş etdirirlər. Bütün bunlar onu göstərir ki, ermənilərdə revanşizm əhval-ruhiyyəsi yavaş-yavaş artır. Üstəlik, onlar indi statusu tamamilə aradan çıxarılmış yerlərə iddialarını artırırlar. Bu baxımdan türk qoşunları bu vəziyyətə və hadisələrin bu istiqamətdə inkişafına imkan verməyəcəklər”.

Q.Hüseynli qeyd edib ki, birgə qüvvələr gələcəkdə ehtimal edilən toqquşmalara qarşı güc mərkəzi yaratmaq üçün indidən müəyyən müşahidələr və taktiki addımlar atmağa başlayacaqlar: “Türklərin bölgəyə gəlişi bu baxımdan vəziyyəti xeyli dərəcədə asanlaşdıracaq və qüvvələr nisbətində Azərbaycanın xeyrinə balans yaranacaq. Həm də rus sülhməramlıları atacaqları addımlara diqqət etmək məcburiyyətində qalacaqlar. Zənnimcə, monitorinq qrupunun işləməsi bölgədə həm əmin-amanlıq, həm də möhkəm təminatlı sülh yaradılması baxımından çox vacibdir”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR