İşğaldan azad edilmiş ərazidə partlayış - Xəsarət alan var
Bizi izləyin

Qarabağ

İşğaldan azad edilmiş ərazidə partlayış - Xəsarət alan var

28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Publika.az Baş Prokurorluğa istinadən xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm