Hərbçimiz şəhid oldu - FOTO
Bizi izləyin

Qarabağ

Hərbçimiz şəhid oldu - FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.

Publika.az “Report”a istinadla xəbər verir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.

Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!

Əliyev Azər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm