Daha 15 erməni hərbçinin meyiti tapıldı
Bizi izləyin

Qarabağ

Daha 15 erməni hərbçinin meyiti tapıldı

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb.

Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, hərbi qulluqçulardan birinin meyiti Xocavənddə, on üçü Cəbrayılda aşkarlanıb. Daha bir meyiti isə Azərbaycan tərəfi başqa ərazidə aşkarlayaraq təhvil verib.

Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 344-ə çatıb.

İtkin düşən erməni əsgər və zabitlərinin axtarışlarına hərbçilərlə yanaşı, mülki şəxslər, könüllülər də qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm