Ailələri istədi, Prezident yerinə yetirdi - Dövlətin şəhid ailələrinə qayğısı
Bizi izləyin

Qarabağ

Ailələri istədi, Prezident yerinə yetirdi - Dövlətin şəhid ailələrinə qayğısı

Şəhidlər bu xalqın, bu dövlətin baş tacıdır. Prezident İlham Əlyevin siyasətində bu prinsip daim əsas olub. Qaradağ rayonu ərazisində ailələrinin istəyi ilə 18 şəhid məzarının Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülməsi bunu bir daha sübut etdi.

Ümumşəhər qəbiristanlığında dəfn edilən Vətən müharibəsi şəhidlərinin 18-nin ailəsi övladlarının məzarlarının Şəhidlər Xiyabanına köçürülməsini istəyirdilər. Səbəb kimi məzarlarda su sızıntısının olduğunu və bataqlıq yerdə yerləşdiyini bildirirdilər. Bu, şəhid ailələrinin istəyi idi və dövlət bu istəyi yerinə yetirdi.

Məsələnin ictimai müzakirəyə səbəb olması ortaya çıxan bəzi məqamlara toxunmağı zəruri edir.

Şəhidlər niyə orada dəfn olundular?

Müharibədə dəyişməyən qayda belədir ki, döyüşlərin getdiyi vaxt şəhid olanlar ya ailələrinin istəyi dünyadan köçmüş doğmalarının yanında dəfn olunur, ya da yaşadıqları yerə yaxın olan məzarlıqda. Çünki döyüşlərin getdiyi vaxt müharibənin nə qədər çəkəcəyini və nəticəsini dəqiq müəyyən etmək mümkün deyil. Vətən müharibəsinin gedişatında da şəhidlərimizin yaşadıqları ərazilərə yaxın məzarlıqda dəfn edilməsinin səbəbi budur. Bölgələrdən fərqli olaraq paytaxtın yaşayış sıxlığı fonunda döyüşlərin davam etdiyi vaxt şəhid olanların ümumşəhər qəbiristanlığında dəfn edilməsi də bundan qaynaqlanır. Müharibənin başa çatmasından sonra dövlət tərəfindən bütün şəhidlərin dəfn olunduğu məzarlıqların xiyabana çevrilməsi layihəsi hazırlandı, eskizlər üzərində iş aparıldı.

Sözügedən məzarlıqda şəhid məzarlarına su sızıntısı nə qədər idi?

18 şəhid məzarının köçürülməsi zamanı bu məsələyə aydınlıq gəlib. Aydın olub ki, bir məzardan başqa heç birində su sızıntısı olmayıb. Bu fakt şəhid ailələrinin iştirakı ilə qeydə alınıb.

Köçürülməs prosesi niyə uzanıb?

Sözügedən məzarlıqda dəfn olunan şəhid ailələrinin hamısı köçürülməni dəstəkləməyib. Belə ki, əksər ailə şəhid övladlarının dəfn olunduğu yerdə qalmasını istəyiblər, 18 ailədən başqa. Bu baxımdan, məsələ ilə bağlı yekun qərarın qəbulunun vaxtı uzanıb.

Bu üç məqam şəhid ailələrinin tələblərinin hərtərəfli araşdırıldığını və bütün detalların nəzərə alındığını göstərir.

18 şəhidin məzarı ailələrinin istəyi və iştirakı ilə Şəhidlər Xiyabanına köçürülüb. Əksəriyyət təşkil edən şəhid məzarları isə yenə ailələrinin istəyi ilə Qaradağ ərazisindəki məzarlıqda qalıb. Bu məzarlığın Xiyabana çevrilməsi ilə bağlı eskizlər hazırdır, yaxud günlərdə icra ediləcəyi gözlənilir.

Prezident İlham Əliyevin bu məsələ ilə bağlı qərarı şəhid ailələrinin bütün istəklərinin qəbul edildiyini göstərir. Övladının məzarının köçürülməsini istəyənlərin də arzusu nəzərə alındı, istəməyənlərin də.

Azərbaycanda dövlət şəhid ailələrini daim qayğı ilə əhatə edib. Bu, I Qarabağ müharibəsində şəhid olanların ailələrinə də aidir, Vətən müharibəsndə şəhid olanların ailələrinə də. Təsadüfi deyil ki, Vətən müharibəsi başa çatan kimi ilk addım şəhidlərlə bağlı oldu.

- Şəhid ailələrinə birdəfəlik ödəmə verildi;
- Şəhid ailələrinə aylıq müavinətlər müəyyənləşdirildi;
- Şəhid ailələrinin mənzillə təmin edilməsi istiqamətində işlərə başlandı: qarşıdakı 5 il ərzində bu proses başa çatdırılacaq;


Şəhid ailələri təhsilindən tutmuş işlə təmin olunmasına qədər bütün istiqamətlərdə dövlətin diqqət mərkəzindədir və bundan sonra da belə olacaq. 18 şəhid ailəsinin istəyinin Prezidentin göstərişi ilə yerinə yetirilməsi də bu diqqət və qayğının bir parçasıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm