Füzulidə missiyam 3 ay müddətinə nəzərdə tutulub - Klark
Bizi izləyin

Qarabağ

Füzulidə missiyam 3 ay müddətinə nəzərdə tutulub - Klark

"Ərazinin minalardan təmizlənməsi prosesi torpağın tərkibindən asılı olaraq dəyişir. Gün ərzində 2-3 hektar ərazini təmizləmək olar".

Bu sözləri Publika.az-a açıqlamasında Füzuli Beynəlxalq Hava Limanının tikintisi zamanı ərazilərin minalardan təmizlənməsinin sürətləndirilməsi məqsədilə prosesə cəlb olunan İngiltərə istehsalı olan "Aardvark" modelli mexanizmin idarəçisi Devid Klark deyib.

Mütəxəssis qeyd edib ki, uzun illərdir ki, müxtəlif ölkələrdə bu sahədə iş aparır: "Mən Şotlandiyanın "Outback" şirkətinin nümayəndəsiyəm və xeyli müddətdir ki, ərazilərin minalardan təmizlənməsi prosesini həyata keçirirəm. Biz Azərbaycanda ərazilərin minalardan təmizlənməsi layihəsində birbaşa olaraq fəaliyyət göstəririk. Həm piyada əleyhinə, həm də tank əleyhinə yüzlərlə minanın aşkar edilməsində şəxsən iştirak etmişəm. Bununla bağlı xeyli sayda ölkədə olmuşam. Azərbaycana yeni gəlmişəm. Missiyam tikintisi başlanan Füzuli Beynəlxalq Hava Limanının ərazisini minalardan təmizləməkdir. Bu prosesə sabahdan başlayacam. Partladılan minalar maşına heç bir zərər yetirmir. Qurğu minaları aşkarlamaq deyil, birbaşa olaraq onların partladılaraq zərərsizləşdirilməsi işini həyata keçirir. Füzulidə missiyam 3 ay müddətinə nəzərdə tutulub. Ancaq işim bununla bitmir".

D.Klarkın sözlərinə görə, o, Azərbaycanda olduğu müddətdə bu sahənin mütəxəssisləri üçün təlimlər keçəcək: "Bununla da missiyam bitmiş hesab olunacaq. Bu təlim müddəti ərzində 6-8 minatəmizləyən mütəxəssisin prosesə cəlb ediləcəyi gözlənilir. Onlar da təlimdən sonra sertifikatla təmin olunacaqlar".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm