Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general DETALLARI AÇDI (VİDEO)
Bizi izləyin

Qarabağ

Xocalı Azərbaycana niyə təhvil verilmir? - Türk general DETALLARI AÇDI (VİDEO)

Video əlavə olunub.

xxx

"Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılış mərasimi oldu. Türk ordusu bu gəlişi ilə Qarabağdakı problemləri aradan qaldırmağa tam müvəffəq olmasa da, problemlərin həllinə kömək edəcək".

Publika.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında ehtiyatda olan general-mayor Özgür Tör deyib.

Türk general bildirib ki, informasiya savaşı müharibə qədər önəmlidir:

"Türkiyənin rəsmi olaraq işğaldan azad edilən ərazilərdə olması yalnız bölgəyə yox, dünya ictimaiyyətinə də mühüm mesajdır. Azərbaycan o torpaqların əsl sahibidir. Buna baxmayaraq, problemin həlli illərdir ertələnirdi. Türkiyənin artıq bölgədə olması tərəflər arasındakı balansı tarazlaşdıracaq.

Xankəndidə, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Problemi tam həll etmək üçün yaxın keçmişdə olduğu kimi Azərbaycan qətiyyətli və təxirəsalınmaz işlərini davam etdirməlidir. Bu işlər hərbi mübarizə qədər siyasi mübarizəyə də bağlı məsələdir. İnformasiya müharibəsi hərbi savaş qədər önəmlidir. Rusiya Dağlıq Qarabağın ermənilər yaşadıqları ərazilərində nəzarəti əldən vermək istəmir.

Xocalı da keçmişdə törətdikləri qətliamların rəsmi olaraq ortaya çıxmasının qarşısını almaq üçün Azərbaycana təhvil verilmir. Nəticədə o torpaqlar Azərbaycanındır və alınacaq. Şanlı Azərbaycan bayrağı orada da dalğalanacaq. Bunu hər yerdə, hər dildə gündəmə gətirəcəyik. İndi növbə bu mövzuda qərarlı olduğumuzu izah etməyindir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm