KTMT niyə Ermənistana yardım etmədi? - DETALLAR AÇILDI
Bizi izləyin

Qarabağ

KTMT niyə Ermənistana yardım etmədi? - DETALLAR AÇILDI

Ermənistan Qarabağ müharibəsi zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyib və mexanizm işə düşməyib.

Publika.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar dövründə KTMT-də Ermənistana yardım göstərmə mexanizmi nəzərdən keçirilməyib.

Baş katib qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı regiondakı vəziyyəti yaxından izləyib: “Biz əvvəldən döyüş əməliyyatlarının dayandırılması və bölgədəki problemlərin sülh razılaşmaları yolu ilə həll olunması mövqeyində idik. Bu mövqeyimiz hələ də dəyişməyib”.

Onun sözlərinə görə, təşkilat vəziyyəti izləmək və atəşkəs tələb edərək danışıqlar masasına oturmaq fikrilə məhdudlaşmayıb: “Biz çox iş gördük. Eyni zamanda, müəyyən dövlətə yardım göstərmək üçün KTMT-nin imkanlarından istifadə şərtlərini və prosedurunu açıq şəkildə müəyyən edən müqaviləmizin olduğunu anlamalıyıq”.

Müqavilənin 4-cü bəndinə əsasən, üzv dövlətlərdən biri təcavüzə məruz qalarsa, təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü, suverenliyi təhdid olunarsa, bu dövlətin müraciəti əsasında dərhal digər dövlətlər hərtərəfli yardım etməlidir.

Dağlıq Qarabağ Ermənistanın ərazi bütövlüyünə daxil olmadığı üçün qanuni olaraq KTMT-dən belə bir tələb etmək hüququ yox idi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm