Qarabağda hərbi birləşmələrin ləğvi başlanır: əhali də qalmayacaq
Bizi izləyin

Qarabağ

Qarabağda hərbi birləşmələrin ləğvi başlanır: əhali də qalmayacaq

Qarabağda separatçı hərbi birləşmənin ləğvi prosesi başlanır.

Publika.az
xəbər verir ki, bununla bağlı müzakirələr gedir.

Keçmiş separatçı rejimin keçmiş müşaviri Tiqran Abrahamyan bildirib ki, hazırda məcburi hərbi xidmətə çağırılma ləğv olunur.

“Hərbi xidmətin müddəti azaldılır. Canlı qüvvəni təmin edəcək insan resursları da azalıb”, - o deyib.

Separatçı “deputat” Davit Qalstyan isə bildirib ki, Qarabağda “ordunun” qalacağı sual altındadır: “Ola bilsin ki, hansısa hərbi qüvvə olacaq, amma bunun hansı ad altında olacağını deyə bilmərəm. “Ordu” ləğv edilsə, Qarabağda əhali qalmayacaq”.

10 noyabr razılaşmasına əsasən, Qarabağda erməni silahlı birləşmələr çıxarılmalıdır. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə razılaşmada indiyə qədər yerinə yetirilməyən bu bənd aktuallaşıb. Bunun fonunda Qarabağdakı separatçı “ordu”nun ləğv edilməsi məsələsi müzakirə olunur.

Sual yaranır: erməni hərbi birləşmələr bölgədən çıxarılacaqsa, niyə ləğv olunur?

Qarabağdan çıxarılacaq hərbi qüvvələr Ermənistan ordusunda böhran yarada bilər:

- Hərbçilərin maaşlarının verilməsi;
- Sosial təminatının həyata keçirilməsi;
- Ermənistan ordusunda əlavə qüvvənin formalaşması və s;

Ermənistan 8 yanvar tarixindən etibarən müddətdən artıq hərbi qulluqçularla müqavilələri yeniləmir. Məlumatlara görə, müqaviləsinə xitam verilən hərbi qulluqçuların yerinə Qarabağdan çıxarılacaq hərbçilərin bir qismi xidmətə götürüləcək.

Qarabağdakı “ordunun” ləğvi də Ermənistana qayıdacaq hərbçilərin təzminat, yaxud sosial təminatla bağlı tələb irəli sürməsinin qarşısını almaq məqsədi daşıyır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm