Sülhməramlılar Kəlbəcərə 150 ton yardım çatdırdı - VİDEO
Bizi izləyin

Qarabağ

Sülhməramlılar Kəlbəcərə 150 ton yardım çatdırdı - VİDEO

Rusiya sülhməramlı kontingenti Qarabağətrafı rayonlar arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Publika.az xəbər verir ki, bu çərçivədə Kəlbəcərə 150 ​​ton humanitar yardım çatdırılıb.

Yardım sosial obyektlərin və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası üçün nəzərdə tutulub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, karvanın marşrutu Suqovuşan və Vəngli yaşayış məntəqələrindən keçib.

"Yardım Azərbaycan tərəfinə Rusiya, Ermənistan və Azərbaycan arasında keçən il 9 noyabr tarixli üçtərəfli razılaşma şərtləri əsasında verildi", - açıqlamada deyilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm