Onların İrana ən yaxın çıxış yolu budur- Nəsib Məhəməliyev
Bizi izləyin

Qarabağ

Onların İrana ən yaxın çıxış yolu budur- Nəsib Məhəməliyev

“Prezident İlham Əliyev işğaldan azad olunan Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri ərəfəsində Füzuli rayonu ərazisində yerləşən Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak etdi. Ümumi uzunluğu 100 kilometrə yaxın nəzərdə tutulan bu dəmir yolunun Azərbaycan üçün həm siyasi, həm də iqtisadi əhəmiyyəti var”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, layihənin iqtisadi əhəmiyyəti ondadır ki, gələcəkdə bunun davamı olaraq Naxçıvan MR ilə quru yolu ilə birbaşa əlaqələrin yaradılması və bundan sonra oradan Türkiyəyə planlaşdırılan dəmir yolu xəttinin çəkilişi və Türkiyənin Mərkəzi Asiya türk dövlətləri ilə qurudan əlaqəsinin yaranmasına gətirib çıxaracaq: “Eyni zamanda bunun siyasi əhəmiyyəti də çox böyükdür. Çünki 30 il ərzində erməni vandallarının işğal altında saxlayaraq bütün rayonları, kəndləri və yaşayış məntəqələrini tar-mar etdiyi, dağıtdığı bir vəziyyətdən sonra Azərbaycanın həmin bölgələri çiçəkləndirməsi, inkişaf etdirməsi, bərpa etməsi, ekoloji cəhətdən yaşıl zonaya çevirmək planı, iqtisadi əlaqələrin yaranmasına xidmət edən infrastruktur layihələrinin icrasını təmin etməsi ölkəmizin ətraf mühitə, bəşəriyyətə və insanlığa verdiyi töhfələrdir. Bu baxımdan hər iki millətin mədəni və siyasi mədəniyyəti burada özünü göstərir”.

N.Məhəməliyev qeyd edib ki, harada yol varsa, orada da inkişaf var. Bu baxımdan da ölkə Prezidentinin həmin bölgələrin bərpası ilə bağlı nəzərdə tutduğu strategiya olduqca önəmlidir: “Biz də, bütün dünya da bunu dəstəkləyir. Hesab edirəm ki, yaxın zamanda kommunikasiyaların açılması baxımından digər layihələr də icra olunacaq və bölgə davamlı iqtisadi inkişafına qovuşacaq. Bununla yanaşı, yol layihələri Ermənistanın özü üçün də əhəmiyyətlidir və onların İrana ən yaxın çıxış yolu budur. Ermənistan xalqı və dövləti Azərbaycan Prezidentinin bu xoşməramlı təşəbbüslərini dəstəkləməlidir. Çünki onların başqa yolları yoxdur. Bu, onlar üçün yeganə çıxış yoludur ki, bir dövlət olaraq mövcudluqlarını qoruyub saxlasınlar. Biz qısa zaman kəsiyində Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal şəkildə icra olunması nəzərdə tutulan layihələrin reallaşmasının şahidi olacağıq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm