Bayramov Lavrovla Qarabağı müzakirə etdi - YENİLƏNDİ
Bizi izləyin

Qarabağ

Bayramov Lavrovla Qarabağı müzakirə etdi - YENİLƏNDİ

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı yanvarın 11-də əldə etdiyi razılaşmaların icrasını müzakirə edib.

“Xarici İşlər orqanlarının rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə etdilər”, - Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm