Vətən müharibəsi "Telegraph"ı "fəth etdi": Azərbaycan hədəfinə belə çatdı...
Bizi izləyin

Qarabağ

Vətən müharibəsi "Telegraph"ı "fəth etdi": Azərbaycan hədəfinə belə çatdı...

"Türkiyə istehsalı olan Silahlı İnsansız Uçuş Aparatları (SİHA) döyüş meydanında sürətli uğura imza atdı".

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniytanın nüfuzlu "Telegraph" nəşri yazı dərc edib.

Nəşr yazır ki, İHA və SİHA-lar Türkiyənin gücünü nümayiş etdirdi.

Həmçinin vurğulanır ki, Dağlıq Qarabağda qazanılan uğurun arxasında Türkiyə SİHA-rı dayanır.

Hərbi sahədə ixtisaslaşan Con Couplinin yazdığı məqalədə dünyada dəyişən münaqişə şərtləri müzakirə edilib. İngilis ordusunda modernləşmə zərurəti vurğulanıb. Bunu izah edərkən, Azərbaycanın 44 günə qazandığı zəfər misal gətirilib.

"Azərbaycanlılar erməni mövqelərini aşmaq üçün əsgər göndərmək yerinə, Türkiyə istehsalı olan "Bayraktar-TB2"dən istifadə edərək hədəflərinə çatdılar", - Couplin bildirib.

Yazar Türkiyə İHA və SİHA-larının yüzlərlə zirehli avtomobili və hava hücumundan müdafiə sistemini məhv etdiyini vurğulayıb.

İngilis jurnalist Türkiyə Hava Qüvvələrinin Liviyadakı uğurlarını da müzakirə edib. SİHA-ların Milli Konsensus Hökumətinə dəstək olmaq üçün istifadə edildiyini söyləyib.

Məqalədə İngiltərə Müdafiə naziri Ben Uollesin əvvəlki açıqlaması da yer alıb:

Nazir Türkiyə SİHA-larının Azərbaycandakı uğurlarından çox təsirləndi. Buna görə ordunun SİHA proqramının hazırlanmasını tələb etdi.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm