SON DƏQİQƏ: Ərdoğan Putinlə Qarabağı müzakirə etdi
Bizi izləyin

Qarabağ

SON DƏQİQƏ: Ərdoğan Putinlə Qarabağı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon vasitəsilə əlaqə saxlayıb.

Publika.az xəbər verir ki, liderlər Dağlıq Qarabağıın yenidən inşası məsələsinə dair fikir mübadiləsi aparıb.

Söhbət əsnasında Dağlıq Qarabağdakı nəqliyyat xətlərinin səmərəliliyi üçün 3 ölkədən mütəxəssislərin bir araya gələ biləcəyi ifadə edilib.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin vəzifələrini uğurla yerinə yetirdiyini bildirən Ərdoğan atəşkəsin mühafizəsi üçün bütün mövzularda cəhdlərin göstərilməli olduğunu bildirib.

Suriya məsələsinin həll olunmasının vacibliyini vurğulayan Ərdoğan Liviyada sülh və sabitlik fürsətinin boşa çıxmamalı olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm