Rusiya Kəlbəcərə hərbi karvan göndərdi - VİDEO
Bizi izləyin

Qarabağ

Rusiya Kəlbəcərə hərbi karvan göndərdi - VİDEO

Sosial obyektlər və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası üçün 25 “KamAZ” markalı hərbi maşın və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin 4-cü rus karvanı Kəlbəcər bölgəsinə 180 tondan çox yük (elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materialları) çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrından bəri Qarabağın bölgələri arasında malların tranzitini təmin etməyə davam edir.

Xatırladaq ki, Azərbaycan tərəfinə yardım ötən il 10 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında göstərildi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm