Qarabağ
Xocalı soyqırımı İngiltərə mətbuatında
Böyük Britaniyanın The London Post saytında Azərbaycan millət vəkili Cavanşir Feyziyevin və Böyük Britaniya Nümayəndələr Palatasının üzvü Bob Blakmənin birgə müəllifi olduqları məqalə çap olunub. “Xocalı soyqırımı və onun qurbanları” adlı məqalə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.
Publika.az-ın xəbərinə görə, məqalədə bildirilir ki, 1945-ci ildən sonra yaradılmış və bütün dünya tərəfindən qəbul olunmuş beynəlxalq norma və prinsiplərə zidd olaraq, Azərbaycanının ərazi bötövlüyünə qarşı silahlı hücum yolu ilə onun Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal olunması və bu ərazilərdən bütün Azərbaycanlıların etnik təmizlənməyə məruz qoyulması sadəcə Ermənistan tərəfindən beynəlxalq qanunların pozulması deyil. Hələ 1980-ci illərdən başlayaraq son 30 il ərzində Ermənistan dövləti Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırımı cinayətləri törədib. Bu cinayətlər yüz minlərlə Azərbaycanlının fundamental insan haqlarından, o cümlədən öz dogma tooröaqlarında yaşamaq hüququndan məhrum olması ilə nəticələnib.
Məqalədə Xocalı Soyqırımının tarixi və təfərrüatları barəsində geniş məlumat verilib. Müəlliflər həmçinin 27 sentyabr – 10 noyabr tarixlərində baş vermis 44 günlük Vətən müharibəsinin nəticələri haqqında da Britaniya oxucularına məlumat verib, torpaqlarımızın azad olunmasını ədalətin bərqərar olunması kimi dəyərləndiriblər. Məqalə müəllifləri Bob Blaəkmən və Cavanşir Feyziyev bildiriblər ki, ərazi bütövlüyünün təmin olunması Ermənistanı Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətdən azad edə bilməz. Son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş bütün cinayətlər, o cümlədən Xocalı soyqırımı ən xırda detallarına qədər öyrənilməli və Ermənistan beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Məqalənin original variantını aşağıdakı linkdə ingilis oxuya bilərsiniz.
http://thelondonpost.net/azerbaijanis-commemorate-29th-anniversary-of-national-grief-khojaly-genocide-and-its-victims/
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb