• USD 1,7000 0,00% EUR 2,0331 0,00%
    • GBP 2,3391 0,00% RUB 0,0222 0,00%

Onların dağıntıları öz gözləri ilə görməsi çox önəmlidir - Deputat

Onların dağıntıları öz gözləri ilə görməsi çox önəmlidir - Deputat

“2021-ci il Prezident İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Dünən dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul etdi. Bu, ermənilərin Qarabağda törətdikləri dağıntıların dünyaya çatdırılması baxımından ölkəmiz üçün çox vacib məqamdır”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətində dünyanın nüfuzlu ictimai-siyasi xadimləri təmsil olunur: “Mərkəzin yarandığı 10 il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük rolu və payı olub. Eləcə də, bu mərkəz ötən ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi boyunca da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün tanıdılmasında çox böyük işlər görüb. Cənab Prezident həmsədr İsmail Serageldini qəbul edərkən bu məsələyə xüsusi toxundu. Eyni zamanda mərkəzin həmsədrinin, o cümlədən qurumun digər üzvlərinin işğaldan azad olunan ərazilərimizə səfərinin təşkili və onların ermənilərin Azərbaycan torpaqlarını 30 il işğal altında saxladıqları müddətdə hansı vəhşilikləri, vandallıqları törətdiklərini öz özləri ilə görməsi üçün şəraitin yaradılması ilə bağlı dövlət başçısının qeydi çox vacib məqamdır. Mərkəzin İdarə Heyətində eks-prezidentlər, vaxtilə yüksək dövlət strukturlarında vəzifə tutan şəxslər də var. Bu insanların öz gözləri ilə azad olunan torpaqlarımızda dağıntıları görməsi olduqca əhəmiyyətlidir”.

C.Osmanovun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Qarabağa səfərinin təşkil edilməsi erməni vandalizminin bütün dünyada ifşa olunmasında mühüm addım olar: “Gələcəkdə də Azərbaycan tərəfi Ermənistan tərəfinin törətdikləri vandallıqlara, dağıntılara görə təzminat məsələsini hüquqi müstəvidə qaldıranda, belə əhəmiyyətli qurumların olanlara canlı şahidlik etməsinin çox böyük əhəmiyyəti var. Prezident İlham Əliyev Serageldini qəbul edərkən bildirdi ki, dağıntıların vəhşiliklə, bu qədər böyük miqyasda törədilməsini Vətən müharibəsi başlanana qədər təsəvvür etmirdik. Müharibə bitəndən sonra ölkə başçısı Birinci vitse-prezidentlə birgə işğaldan azad olunan ərazilərə bir neçə dəfə səfər etdi, o yerləri öz gözləri ilə gördülər.

Qarabağdan yayılan görüntülər də onu göstərdi ki, bu, təkcə Azərbaycan xalqına qarşı zaman-zaman törədilən soyqırımı deyil, eyni zamanda ölkəmizin şəhər və kəndlərinə, yaşayış məntəqələrinə, təbiətinə, ekologiyasına, dağ-mədən ehtiyatlarının hər birinə qarşı erməni vandallarının törətdikləri soyqırımıdır. Ona görə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox vacib rol oynayan belə bir nüfuzlu mərkəzin üzvlərinin Qarabağa səfər edərək dağıntıları öz gözləri ilə görməsi çox önəmlidir”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR