Qarabağ
Qasparyanın ŞUŞA ETİRAFLARI: istədim Bakı-Ceyhanı “İsgəndər”lə vurum, Paşinyan dedi ki...
Paşinyan “İsgəndər”in Azərbaycana qarşı istifadəsini qəti şəkildə qadağan etmişdi.
Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın erməni əsilli məşhur media maqnatı Aram Qabrelyanov özünün “Teleqram” kanalında yazıb.
O, təxminən bir ay əvvəl Moskvada Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyanla mürəkkəb və uzun söhbət apardığını qeyd edib: “ “İsgəndər” mövzusu gündəmdə olduğu üçün sizə deyim: hər şeydən bəhs edə bilmərəm. Amma Nikol bu misilsiz silahın mövzusunu açdığından, Onikin dediklərindən, sözün əsl mənasında, sitat gətirəcəyəm, sonra özünüz qərar verin”.
“Müharibənin üçüncü günü ordunun baş qərargah rəisi olaraq “İsgəndər”dən iki strateji hədəfə qarşı istifadə etməyə qərar verdim. Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir başqası. Paşinyan qəti şəkildə qadağan etdi. Baxmayaraq ki, ruslar açıq şəkildə “sizin işiniz və müharibənizdir” söyləmişdi. Şuşanın alınmasından üç gün əvvəl Paşinyandan şəhərin ətəyində çox sayda “düşmənin canlı qüvvəsini iki “İsgəndər”lə vurmaq üçün icazə istədim. Paşinyan “bir anda bir neçə min düşmən əsgərini öldürsək, dünya birliyi bizə lənət edəcək” dedi və qəti şəkildə qadağan etdi. Mənə yalnız “İsgəndər”dən Şuşada istifadə etməyə icazə verildi. Mən tətbiq etdim. Bundan istifadə edib şəhərə bir neçə tank gətirməyi bacardıq. İki gün sonra mənə bir əmr gəldi – Şuşadan geri çəkilmək”.
Xatırladaq ki, N.Paşinyan yerli mətbuata müsahibəsində “İsgəndər” taktiki raket komplekslərinin işləmədiyindən və döyüş başlıqlarının partlamamasından danışmışdı.
Zümrüd
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi