Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar - FOTOREPORTAJ
Bizi izləyin

Qarabağ

Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar - FOTOREPORTAJ

Cəbrayıl qəbiristanlığı ermənilərin Qarabağda dağıtdıqları onlarla məzarlıqdan yalnız biridir. Burada hətta bəzi məzarlar qazılıb – burada dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

Azırbaycanın Dağlıq Qarabağ bölgəsini 1990-cı illərdə işğal etmiş Ermənistan qoşunları burada qəbiristanlıqları da dağıdıb.

Azərbaycan Ordusu işğal altındakı ərazisinin böyük hissəsini bu yaxınlarda geri qaytarıb. Bununla da 30 illik işğal dövründə ölkəyə vurulmuş ziyanın miqyası ortaya çıxıb.

Azərbaycanın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları işğal edilərkən talan olunub, orada hər şey məhv edilib və bu şəhərlər faktiki olaraq, “ruhlar şəhəri”nə çevrilib. Üstəlik, bölgədəki qəbiristanlıqlar da yerlə-yeksan olunub.

Cəbrayıl qəbiristanlığı ermənilərin viran qoyduqları onlarla məzarlıqdan yalnız biridir. Bu qəbiristanlıqda dağıdılmış qəbir daşlarından geriyə acı görüntülər qalıb. İndi buraya gələn azərbaycanlıların bir çoxu yaxınlarının məzarlarını tapa bilmir.

Burada hətta bəzi qəbirlər qazılıb - burada dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqların məhv edildiyini bildirib. “Bu, vandalizmin ən iyrənc formasıdır”, - deyə o, qeyd edib: “Ermənilərin azərbaycanlılara məxsus məzarlarla belə, savaşmasına, qəbirləri talan etməsinə ad tapmaq çətindir. Onlar sanki ölülərdən də intiqam almaq istəyiblər”. (WorldMedia)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm