Qarabağ
Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA
Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi xidmətinin heyəti Dağlıq Qarabağı partlayıcı obyektlər və partlamamış hərbi sursatlardan təmizləmək işlərini davam etdirir.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə son məlumatları yayıb.
Bildirilib ki, istehkamçılar keçmiş Ağdərə rayonu ərazisindəki fərdi evlərin həyətyanı sahələrində partlayıcı maddənin olub-olmaması ilə yanaşı, yaşayış məntəqəsinin ətrafındakı ümumi yollara baxış keçirib.
Əməliyyatlar zamanı hərbçilərin təhlükəsizliyini təmin edən və hər cür hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir "Uran-6" robot sistemlərindən istifadə edilib.
Aşkarlanan partlayıcı obyektlər xüsusi təchiz olunmuş “Ballıca” təlim meydançasına aparılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar isə partlayış əməliyyatları zamanı lazımi təhlükəsizlik tədbirləri ilə yerində zərərsizləşdirilib.
Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri Dağlıq Qarabağda 1506 hektar ərazi, 468 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1476 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 24 923 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
Zümrüd
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı