İtkin düşən polkovnik-leytenantın nəşi tapıldı - FOTO
Bizi izləyin

Hadisə

İtkin düşən polkovnik-leytenantın nəşi tapıldı - FOTO

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Publika.az xəbər verir ki, 46 yaşlı zabitimizin nəşi itkin düşməsindən 4 ay 23 gün sonra Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. O, doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm