Kananyan ŞOK DETALLARI AÇIQLADI: Azərbaycan iki il ərzində Xankəndidə... - - VİDEO
Bizi izləyin

Qarabağ

Kananyan ŞOK DETALLARI AÇIQLADI: Azərbaycan iki il ərzində Xankəndidə... - - VİDEO

Video əlavə olunub.

xxx

İki il ərzində Qarabağda tam nəzarət Azərbaycanın əlinə keçəcək.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr Kananyan deyib.

Onun sözlərinə görə, Ermənistan Qarabağla əlaqəsinin qalacağını güman edirdi: “Lakin görürük ki, bu əlaqə tədricən kəsilir. İki il ərzində Qarabağın elektrik enerjisi, qaz təchizatı və digər ehtiyaclar Azərbaycan tərəfindən təmin ediləcək. Bir neçə yüz ailəyə Rusiyada yaşamaq hüququ veriləcək, qalanlarına Azərbaycan pasportu təklif ediləcək. Nəticədə çox kiçik hissə bununla razılaşacaq, digərləri Ermənistana gedəcək və bizim vətəndaş olmağı seçəcəklər. Rusiyanın Qarabağda sülhməramlı qismində olması isə Moskvaya “zəmanət” üçün lazımdır ki, türk-rus razılaşmaları həyata keçirilsin”.

A.Kananyan Zəngəzur dəhlizindən də bəhs edib.

“Dəhliz Ermənistan ərazisi kimi qalacaq, lakin burada həyata keçiriləcək daşımalara görə bizə heç bir vergi verilməyəcək. Türkiyə və Azərbaycan bu dəhlizdən hətta hərbi texnika belə daşıyacaqlar, lakin razılaşmaya görə, Ermənistan heç bir mexanizmlə buna müdaxilə edə bilməyəcək”, - o deyib.

Qeyd edək ki, Xankəndiyə elektrik enerjisinin Şuşadakı yarımstansiyadan veriləcəyi haqda məlumatlar var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm