Ərdoğandan QARABAĞ AÇIQLAMASI: Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi...
Bizi izləyin

Qarabağ

Ərdoğandan QARABAĞ AÇIQLAMASI: Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi...

"Otuz il əvvəl Dağlıq Qarabağın və ətraf rayonların ermənilər tərəfindən işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı. Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsələr də, 30 il ərzində bu problemi ancaq daha qarışıq vəziyyətə gətirməkdən başqa heç bir iş görmədilər". ".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən 7-ci qurultayında deyib.

Türkiyə Prezidenti azərbaycanlıların bu müddət ərzində hər zaman münaqişənin dialoq və qarşılıqlı anlaşma ilə həlli üçün səy göstərdiklərini qeyd edib: "Azərbaycanlı qardaşlarımız bu illər ərzində buna çalışdılar. Ancaq buna baxmayaraq, Ermənistan tərəfi zaman-zaman təxribatları davam etdirib, dialoq yollarını bağlayan tərəf olmuşdur. Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Belə olan halda Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik", - Ərdoğan əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm