ATƏT-in Minsk formatının yenidən canlanması... - Şərh
Bizi izləyin

Qarabağ

ATƏT-in Minsk formatının yenidən canlanması... - Şərh

"44 günlük müharibədən sonra münaqişənin "mənzərəsi" köklü şəkildə dəyişdi. Belə ki, təmas xətti yoxdur, dövlətlərarası sərhəd bərpa edilib. Məcburi köçkünlərin təxminən 98 faizi evlərinə qayıtmaq hüququnu əldə edib və sair. Vəziyyətə "həmsədrlik" təsirinin siyasi strukturu da tamamilə dəyişdirilib. Beləliklə, ATƏT-in Minsk qrupu prosesdən faktiki kənarlaşdırıldıqdan sonra Rusiya və Türkiyə "tandemi" Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə beynəlxalq quruma çevrilib".

Bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Onun fikrincə, üstəlik, qarşıdurmanın iki tərəfindən biri kimi Ermənistanın yaxın aylarda Azərbaycanın erməni əhalisinin problemlərinin həlli məsələsindən kənarlaşdırılacağı aydındır:

"Onun rolu yalnız sərhəd məsələləri və regional kommunikasiyaların normallaşdırılması mövzuları ilə məhdudlaşdırılacaq. Əminəm ki, Azərbaycan ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərin nizamlanması işinə Ermənistanı heç vaxt yaxın buraxmayacaq. Deməli, ATƏT-in Minsk formatının yenidən canlanması qəbuledilməzdir.

Lakin "böyük oyunçular" əlbəttə ki, bölgəni idarə etdikləri "ipləri" itirmək niyyətində deyillər və bu səbəbdən də münaqişəli idarəetmənin elementlərini qorumaq cəhdləri davam edəcək".

T.Zülfüqarov bildirib ki, hələlik bizim üçün ən vacib iş münaqişədən sonra bölgədə hökmranlığımızı təmin etmək məqsədilə azad edilmiş ərazilərin dirçəlməsini təmin etməkdir:

"Onu da deməliyəm ki, sülhməramlı qüvvələrin məsuliyyət zonasında olan ərazilərdəki erməni əhalisinin sayının sürətlə azalması orada yaşayan insanların başqalarının siyasi oyunlarında kukla olmaq istəmədiklərini göstərir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm