Şoyqunun müavini Xankəndiyə gəldi: Aprelin 5-dən gec olmayaraq...
Bizi izləyin

Qarabağ

Şoyqunun müavini Xankəndiyə gəldi: Aprelin 5-dən gec olmayaraq...

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndiyə gəlib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, Xankəndidə o, sülhməramlılar üçün 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

O, sülhməramlılar üçün mobil şəhərciklərin 5 apreldən gec olmayaraq istifadəyə veriləcəyini bildirib.

Bulqakov aprelin sonuna qədər rus sülhməramlıları üçün mobil hospitalın açılacağını da söyləyib:

“Hazırda Dağlıq Qarabağda (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) sülhməramlılar üçün 25 hərbi şəhərciyin inşası və istifadəyə verilməsi işləri gedir. Aprelin 5-dən gec olmayaraq, onların hamısı istifadəyə veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm