Qarabağda 25 mindən çox silah-sursat tapıldı
Bizi izləyin

Qarabağ

Qarabağda 25 mindən çox silah-sursat tapıldı

Rusiya sülhməramlı kontingentinin Humanitar Minalardan Təmizləmə Agentliyinin heyəti Qarabağ ərazisini partlayıcı obyektlərdən təmizləməyə davam edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib.

Qeyd edilib ki, 23 noyabr 2020-ci ildən bəri minaların təmizlənməsi işləri zamanı 1873 hektar ərazi, 575 kilometr yol, 1658 yaşayış binası (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə, Rusiya sülhməramlıları 25 379 partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

Mühəndislər tərəfindən aşkar olunan partlayıcı obyektlər xüsusi təchiz olunmuş Ballıcadakı təlim meydançasına çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində zərərsizləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm